TƏBİB tabeliyində olan “Yarımlı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakant yer elan edir:

 

 Mövcud iş yeri:

▪️ Yardımlı Rayon Mərkəzi Xəstəxanası

 

Əmək haqqı:

Əmək haqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.

 

 Tələb olunan bilik, təcrübə və bacarıqlar:

• Təhsil: Ali (maliyyə, iqtisadiyyat arzuolunandır)

• İş təcrübəsi: Dövlət satınalmaları sahəsində ən azı 1 il

• Kompüter bilikləri: Microsoft Office (yaxşı səviyyədə)

• Qanunvericilik üzrə biliklər: Dövlət satınalmaları haqqında AR qanunu 

• Digər: 

▪️ etender.gov.az portalından istifadə

▪️ Sərbəst ünsiyyət və sənədlərlə iş bacarığı

▪️ Kollektiv ilə işləmək bacarığı

 

 İşin təsviri:

▪️ İllik satınalma planının hazırlanması və qanunda müəyyən edilmiş müddət ərzində elektron satınalmalar portalında yerləşdirilməsi;

▪️ Ehtimal olunan qiymətin hesablanması üçün bazar araşdırılmasının aparılması və müvafiq formanın təsdiq etdirilməsi;

▪️ Elektron satınalmalar portalında (etender.gov.az) satınalma proseduru ilə bağlı elanların yerləşdirilməsi;

▪️ "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanunu tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsi;

▪️ Satınalma müqavilələrinin hazırlanması, təsdiq etdirilməsi, əlavə və dəyişikliklərin hazırlanması, ləğv edilməsi, icrasına nəzarət edilməsi və reyestrinin aparılması;

▪️ Daxil olmuş hesab fakturaların, aktların müqavilə öhdəliklərinə uyğunluğunun yoxlanılması;

▪️ Həyata keçirilən satınalma prosedurları ilə bağlı hesabatların hazırlanması.

 

 

Müraciət qaydası:

▪️ CV [email protected] ünvanına göndərilməlidir;

▪️ Mövzu sətrində “Yardımlı RMX – Satınalma üzrə mütəxəssis” qeyd olunmalıdır;

▪️ CV-lər 22 yanvar 2026-cı il tarixinə qədər göndərilməlidir.

 

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

 

Diqqət: IT təhlükəsizliyi səbəbilə *yandex.ru, *mail.ru, *list.ru, *inbox.ru, *bk.ru, *yahoo.com. domenlərindən e-məktub qəbul edilmədiyini nəzərə alaraq, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.