Satış Meneceri (Daşınmaz əmlak) – "Villa Rent"
Vəzifə öhdəlikləri:
• Villaların günlük və aylıq kirayəsi prosesinin təşkili və idarə olunması;
• Potensial müştərilərin tapılması, cəlb edilməsi və onlarla aktiv ünsiyyət (zəng, sosial şəbəkə);
• Daşınmaz əmlak agentləri (maklerlər) ilə əməkdaşlıq əlaqələrinin qurulması;
• Yeni obyektlərin araşdırılması məqsədilə rayonlara ezamiyyətlərin edilməsi;
• Elan və təqdimat materiallarının hazırlanması, rezervasiyaların koordinasiyası;
• Satış hesabatlarının hazırlanması və müştəri məmnuniyyətinin təmini.
Namizədə dair tələblər:
• Ali və ya orta ixtisas təhsili;
• Satış, turizm və ya daşınmaz əmlak sahəsində təcrübə (üstünlükdür);
• Səlis Azərbaycan dili və MS Office bilikləri;
• Yüksək ünsiyyət, danışıqlar aparmaq və inandırmaq bacarığı;
• Ezamiyyətlərə açıq olmaq.
İş şəraiti:
• Qrafik: 09:00 – 18:00 (5/2);
• Təklif: Rəsmi qeydiyyat, bonus sistemi və ezamiyyət xərclərinin qarşılanması.
• Email: [email protected]