Şirkətimizdə Satış meneceri köməkçisi vakansiyası aktivdir. Şərtlərlə aşağıda tanış ola bilərsiniz. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış meneceri köməkçisi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
İş yeri: Bakı
İş qrafiki: Tam ştat
Əmək haqqı: Müsahibə əsasında
Hesabat verir: Satış menecerinə
Vəzifə öhdəlikləri:
- Satış menecerinin gündəlik fəaliyyətinə operativ dəstəyin göstərilməsi
- Müştərilərlə yazılı və şifahi ünsiyyətin aparılması
- Bütün sosial şəbəkələr üzərindən müştəri bazasının hazırlanması və mütəmadi yenilənməsi
- Müştərilərlə görüşlərin razılaşdırılması
- Daxil olan sorğuların qeydiyyatı və vaxtında cavablandırılması
- Satış prosesinin ilkin mərhələsində koordinasiya və nəzarətin təmin edilməsi
Namizədə tələblər:
- Ali təhsil (iqtisadiyyat, biznes, marketinq və ya oxşar sahə arzuolunandır)
- Satış və ya müştəri xidməti sahəsində minimum 6 ay iş təcrübəsi (arzuolunandır)
- Azərbaycan, rus dili – səlis; ingilis dili biliyi üstünlükdür
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
- Yüksək ünsiyyət və təqdimat bacarıqları
- Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq
- Komandada işləmək və vaxtı effektiv idarə etmək bacarığı
Şirkət təklif edir:
- Stabil və peşəkar iş mühiti
- Karyera inkişafı və öyrənmə imkanları
- Rəqabətədavamlı əmək haqqı
- Korporativ qaydalara uyğun iş şəraiti