Vakansiya: Satış meneceri (Təhsil sahəsi)

Şirkət: Vision Academy

Əsas öhdəliklər:

- Satış prosesinin başlanğıcdan yekunlaşana qədər izlənilməsi və nəzarət edilməsi;
- Korporativ əməkdaşlıqların qurulması və inkişaf etdirilməsi;

- Mövcud müştəri bazasının idarə olunması və müştəri münasibətlərinin qorunması;
- Tələbə məmnuniyyətinin artırılması üçün strategiyaların hazırlanmasında iştirak;

- Təhsil bazarının, müştəri tələblərinin və rəqabət mühitinin davamlı izlənilməsi.

-  Rəqiblərin bazar fəaliyyətinin araşdırılması 
- Satış prosesindən əldə olunan rəqəmsal məlumatların idarə edilməsi və təhlili;
- Satış və marketinq fəaliyyətlərinin koordinasiyası;
- Satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Müştərilərlə sosial şəbəkələr, telefon və üz-üzə görüşlər vasitəsilə satış prosesinin aparılması;
- Daxil olan müraciətlərin (zənglər və sosial media üzərindən) operativ və peşəkar cavablandırılması;

Kvalifikasiya tələbləri:

- Təhsili: Ali təhsil;
- İş təcrübəsi: Təhsil sahəsində Satış meneceri olaraq minimum 2 il iş təcrübəsi;
- Yaş həddi: 20–40.

Tələb olunan bilik və bacarıqlar:

- Satışın idarə edilməsi bacarığı;

- Satış texnikaları üzrə biliklər;

- Ünsiyyət bacarığı;

- İnandırma bacarığı;
- Problem həll etmə bacarığı;

- Təqib etmə bacarığı;
- Azərbaycan dili – səlis;
- Rus və İngilis dillərini bilməsi üstünlükdür;

 

Təklif edirik:

• Əmək haqqı: 800-1200; ( net əmək haqqı+KPİ sistemi) 
• ARƏM uyğun rəsmi işə qəbul;
• 6 günlük iş qrafiki;
• Karyera inkişaf imkanı;
• Dinamik və inkişafyönümlü iş mühiti.

 

 Ünvan: Elmlər Akademiyası, Zahid Xəlilov küçəsi 25A.

 

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Satış Meneceri” başlığı ilə
📧[email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.