Satış meneceri vakansiyası

 

İş yeri: STEP IT Academy

İş qrafiki: 10:00-19:00, 5/2

 

Vəzifə öhdəlikləri:

- Potensial müştərilərlə əlaqə yaratmaq və təhsil proqramları barədə ətraflı məlumat vermək;

- Müştərilərin ehtiyaclarını müəyyən edərək uyğun təhsil proqramlarını təklif etmək;

- Satış planının yerinə yetirilməsini təmin etmək;

- Mövcud müştəri bazasını idarə etmək;

- Müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərini qurmaq;

- CRM sistemində məlumatların düzgün və vaxtında qeydiyyatını aparmaq.

 

Tələblər:

- Satış sahəsində minimum 1 il iş təcrübəsi (təhsil sahəsində təcrübə üstünlükdür);

- Yüksək ünsiyyət və təqdimat bacarıqları;

- MS Office proqramlarında işləmək bacarığı;

- Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı;

- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.

 

Təklif edirik:

- Rəqabətə davamlı əmək haqqı və bonus sistemi;

- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;

- Təlim və inkişaf proqramlarında iştirak;

- Rahat və dəstəkləyici iş mühiti.

 

Müraciət qaydası:

CV-nizi [email protected] ünvanında gözləyirik. Məktubun mövzu bölümündə vakansiyanın adını qeyd etməyi unutmayın.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.