IDSchool komandası Satış meneceri axtarır!

 

Uşaqların texnologiya və müasir bacarıqlar üzrə inkişafına yönəlmiş IDSchool komandamıza valideynlərlə düzgün ünsiyyət qura bilən, satış prosesini nəticəyədək idarə edən və inkişaf etməyə həvəsli Satış meneceri axtarırıq.

 

Vəzifə öhdəlikləri:

* Daxil olan müraciətlərin operativ cavablandırılması;

* Valideynlərə IDSchool-un tədris proqramları haqqında ətraflı məlumat verilməsi;

* Müştərinin ehtiyacının müəyyənləşdirilməsi və uyğun proqramın təklif edilməsi;

* Telefon, WhatsApp, sosial şəbəkə və digər kanallar vasitəsilə satışın həyata keçirilməsi;

* Potensial müştərilərlə mütəmadi əlaqə saxlanılması və follow-up prosesinin aparılması;

* Görüş və sınaq dərslərinin təşkil edilməsi;

* Müraciət və satış məlumatlarının CRM sistemində düzgün qeydiyyatı;

* Aylıq satış planlarının yerinə yetirilməsi;

* Mövcud valideynlərlə münasibətlərin qorunması və əlavə proqramların təklif edilməsi;

* İtirilmiş satış səbəblərinin qeydiyyatı və hesabatların təqdim olunması.

 

Namizədə tələblər:

* Satış sahəsində minimum 1 il iş təcrübəsi;

* Azərbaycan dilində səlis və düzgün danışıq bacarığı;

* Valideynlərlə nəzakətli, inamlı və peşəkar ünsiyyət qurmaq bacarığı;

* Telefon və yazışma üzərindən satış təcrübəsi;

* Etirazlarla işləmək və müştərini düzgün yönləndirmək bacarığı;

* Nəticə və satış hədəflərinə fokuslanmaq;

* Məsuliyyətli, operativ və intizamlı olmaq;

* CRM sistemləri və ofis proqramları ilə işləmək bacarığı;

* Təhsil sahəsində satış təcrübəsi üstünlükdür;

* Rus dili biliyi mütləq deyil, lakin üstünlükdür.

İş şəraiti:

* Satış nəticələrinə əsaslanan bonus sistemi;

* Peşəkar və inkişaf yönümlü iş mühiti;

* Satış və məhsullar üzrə ilkin təlim;

* Karyera və gəlir artımı imkanı;

* Rəsmi əmək müqaviləsi.

 

İş yeri: IDSchool, Park Azure, 2-ci mərtəbə

 

Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində “Satış meneceri” qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.