"RecLab Agency" Satış sahəsində təcrübəli kadr axtarışındadır. Vəzifə: Satış Meneceri Yaş həddi: 25-40 İş təcrübəsi: Korporativ satış sahəsində 3 il Vəzifə öhdəlikləri: • Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması; • İnternet və digər media kanalları üzərindən potensial müştəri axtarışı; • Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi; • Müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması; • Müştərilərlə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması və gorüşlərin təyin olunması; • Müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi; • Ziyarət nəticələrinin izlənilməsi; • Sifarişlərin icra olunması; • Müştəridən sifarişlərin qəbul olunması və sifarişlər üzrə mütəxəssisə ötürülməsi; • Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması; • Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması
• Müştəri ödəmələrinin izlənilməsi. Tələblər: •Multitasking mühitində işləmək; • Əsas satış metodologiyalarını bilmək; • Şirkətin siması olmaq istəyi; • MS Office proqramlarında sərbəst işləmək bacarığı; • Komanda ilə işləmək bacarığı; • İdarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitiklik bacarığı; • Səliqəli xarici görünüşə, nəzakətli danışığa və satış qabiliyyətinə malik olması; • Rəqəmsal Marketinq, sosial media və ümumi media sahəsində məlumatlı olmalıdır; • Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli. İş qrafiki: Həftədə 5 gün Əmək haqqı: Əmək bazarında rəqabətə davamlıdır. Müraciət qaydaları: CV-nizi [email protected]elektron poçt ünvanına və ya whatsapp üzrə (+994)51 777-55-00 “Satış Meneceri” yazıb göndərməklə müraciət edə bilərsiniz. Qeyd: Müvafiq sahə üzrə yalnız təcrübəli namizədlərin müraciət etməyi xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.