Satış Məsləhətçisi (Satıcı) vakansiyası
İstikbal komandasına yeni əməkdaşlar dəvət olunur!
Satış sahəsində inkişaf etməyi və bu sahədə karyera qurmağı hədəfləyən namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
- Müştərilərin qarşılanması və məhsullar haqqında ətraflı məlumatlandırılması;
- Müştəri ehtiyaclarının müəyyən edilərək uyğun məhsulların təklif edilməsi;
- Satış planlarının yerinə yetirilməsi;
- Mağazada məhsulların düzgün təqdimatına nəzarət edilməsi;
- Müştəri məmnuniyyətinin təmin olunması.
Namizədə tələblər:
- Yaş həddi: 25+
- Satış sahəsində iş təcrübəsi;
- Yüksək ünsiyyət və təqdimat bacarıqları;
- Məsuliyyətli, intizamlı və operativ olmaq;
- Komandada işləmək bacarığı;
- Müştəriyönümlü və nəticəyönümlü yanaşma.
Şirkət təklif edir:
- Rəsmi əmək müqaviləsi;
- Stabil və dinamik iş mühiti;
- Karyera inkişafı imkanları;
- Əməkhaqqı: 500 AZN fix + bonus.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Satış Məsləhətçisi" qeyd olunmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər.