JYSK komandasına qoşul!
28 Mall filialımız üçün Satış Məsləhətçisi axtarırıq!
Müştərilərlə ünsiyyət qurmağı sevirsən, aktiv və məsuliyyətlisən? O zaman səni komandamızda görməkdən məmnun olarıq!
Vəzifələr:
Müştərilərə peşəkar xidmət göstərmək;
Məhsullar barədə ətraflı məlumat vermək;
Satış planlarının yerinə yetirilməsində iştirak etmək;
Mağazada məhsulların düzgün yerləşdirilməsini təmin etmək;
JYSK müştəri xidməti standartlarına əməl etmək.
Tələblər:
• Pərakəndə satış sahəsində minimum 1 il iş təcrübəsi;
• Azərbaycan və rus dillərində səliş danışıq;
• Aktiv, məsuliyyətli və komandada işləmək bacarığı;
• Müştəri yönümlü yanaşma və yüksək ünsiyyət bacarıqları.
Biz təklif edirik:
Stabil əmək haqqı + bonus sistemi;
Beynəlxalq şirkətdə karyera inkişafı imkanları;
Müasir və mehriban iş mühiti;
Davamlı təlim və inkişaf proqramları;
İş yeri: JYSK – 28 Mall filialı, Bakı
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.


