Abşeron Logistika Mərkəzi "Satış mütəxəssisi" vakansiyası üzrə namizəd axtarışı edir.
ÜMUMİ VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
• Korporativ və pərakəndə müştəriləri cəlb etmək, onların ehtiyaclarına uyğun xidmət paketini formalaşdırmaq;
• Korportiv müştərilərlə işi təşkil etmək, müştəri portfelini formalaşdırmaq və idarə etmək;
• Beynəlxalq və ölkədaxili satışların təşkili, müştərilərlə iş;
• Vaxtaşırı müştərilərə təqdim olunan xidmət paketini yeniləmək və onların ehtiyaclarına mütəmadi olaraq uyğunlaşdırmaq;
• Müştərilərə mərkəzin təqdim etdiyi xidmət performansını izləmək və keyfiyyəti təmin etmək;
• Müştəri loyallığını izləmək və müsbət nəticəni təmin etmək;
NAMİZƏDƏ QARŞI TƏLƏBLƏR:
• Ali təhsil;
• Müştərilərlə iş sahəsində minimum 1 illik iş təcrübəsi, (Korporativ satış sahəsində iş təcrübəsi üstünlükdür)
• Dil bilikləri: Azərbaycan və rus dillərini əla bilməli, ingilis dili biliyi üstünlükdür;
• Komputer bilikləri: Word, Excel, Power point, Outlook proqramlarını mükəmməl bilməli;
PEŞƏKARLIQ BACARIQLARI:
• Dəqiqlik və məhsullarla düzgün işləmə bacarığı;
• Müştərini dinləmək və inandırmaq bacarığı;
• Satış texnikalarını, satış bazarının təhlilini bilmək;
• Təqdimat bacarığı;
• Problem həll etmək qabiliyyətli,
• Gömrük sahəsindən məlumatlı olmaq;
• Liderlik qabiliyyəti və emosional intellekt;
• Idarə etmə bacarıqları,
• Ünsiyyətcil, işgüzar, səlist və aydın danışıq qabiliyyətinin olması;
• Proseslərə biznes yanaşmasının olması;
• Proses idarəçiliyi bacarığı.
Son tarix: 8 Fevral, 2026
Qeyd edilən tələblərə uyğun namizədlər karyera portalımıza keçid edərək və ya CV formalarını "Satış mütəxəssisi" başlığı ilə [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.