Vakansiya: Satış Təmsilçisi (Sement Zavodu)
Sement zavodumuz üçün Satış Təmsilçisi vəzifəsi üzrə peşəkar və məsuliyyətli əməkdaş axtarırıq.
İş ərazisi:
Şəmkir, Gəncə, Göygöl və Samux
Əsas vəzifələr:
Sement məhsullarının satışını təşkil etmək və satış planlarını yerinə yetirmək;
Mövcud və potensial müştərilərlə əlaqələr qurmaq, görüşlər keçirmək və məhsul təqdimatı aparmaq;
Tikinti şirkətləri, distribütorlar və dilerlərlə əməkdaşlıq etmək, satış müqavilələri bağlamaq;
Qiymət təklifləri hazırlamaq, kommersiya danışıqları aparmaq və təklifləri təqdim etmək;
Müştəri sifarişlərini qəbul etmək və istehsalat şöbəsi ilə koordinasiyalı işləmək;
Müştəri bazasını genişləndirmək, yeni bazarlar və satış kanalları üzrə araşdırmalar aparmaq;
Debitor borclara nəzarət etmək, ödəniş tarixlərini izləmək və gecikmələrin qarşısını almaq;
Müştərilərə məhsulların texniki xüsusiyyətləri və tətbiq sahələri barədə peşəkar məlumat vermək.
Namizədə tələblər:
Satış sahəsində iş təcrübəsi (tikinti materialları və ya sement satışı sahəsində təcrübə üstünlükdür);
Güclü ünsiyyət, təqdimat və satış bacarıqları;
Danışıqlar aparmaq və nəticəyönümlü işləmək bacarığı;
Məsuliyyətli, operativ və komandada işləmək bacarığı;
BC kateqoriyalı sürücülük vəsiqəsinin olması Şərtdir
CV-nizi [email protected] elektron poçt ünvanına göndərə və ya aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz.
Əlaqə: 077 477 17 14


