Şirkət: Vision Academy.

Vəzifə: Satış üzrə Menecer.

Vəzifə öhdəlikləri:

  • Təhsil mərkəzinin satış planlarının və strategiyalarının hazırlanması.
  • Rəqiblərin bazardakı fəaliyyətinin araşdırılması və uyğun strategiyaların hazırlanması.
  • Satış və marketinq fəaliyyətlərinin əlaqələndirilməsi.
  • Potensial müştəri bazasının yaradılması və inkişaf etdirilməsi.
  • Mövcud müştəri portfelinin idarə olunması və münasibətlərinin qorunması.
  • Daxil olan müraciətlərin (mobil nömrə və sosial media üzərindən) operativ və peşəkar cavablandırılması.
  • Müştərilərlə sosial şəbəkələr, zəng və üz-üzə görüşlərin təşkili və kurs satışının həyata keçirilməsi.
  • Satış prosesinin izlənilməsi və yekunlaşana qədər nəzarətin təmin edilməsi.
  • Korporativ əməkdaşlıqların qurulması və inkişaf etdirilməsi.
  • Tələbə məmnuniyyətinin artırılması üçün strategiyaların hazırlanmasında iştirak etmək.
  • Satış proqnozlarının müəyyən edilməsi.
  • Satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması.
  • Görülən işlərin effektivliyinin mütəmadi analiz edilməsi.
  • Satış prosesindən əldə edilən rəqəmsal məlumatların idarə olunması və təhlili.
  • Təhsil bazarının izlənilməsi, müştəri tələbləri və rəqabət mühiti barədə məlumatların toplanması.

Namizəddə Tələb Olunan Xüsusiyyətlər:

  • Satış sahəsində  iş təcrübəsi mütləqdir (təhsil sahəsində satış və marketinq təcrübəsi üstünlükdür).
  • Güclü ünsiyyət və inandırma bacarığı.
  • Rəqəmsal marketinq və satış analitikası üzrə bilik və praktiki təcrübə.
  • Analitik düşünmə və problemlərin operativ həlli bacarığı.
  • Komanda idarəetmə və koordinasiya təcrübəsi.
  • Müştəri məmnuniyyətinin qorunması və inkişaf etdirilməsi bacarığı.
  • Satış hədəflərinə nail olmaq üçün strateji planlaşdırma qabiliyyəti.
  • Rus və İngilis dillərini bilməsi üstünlükdür.
  • Gələn müraciətlərin minimum 40%-ni uğurlu satışa çevirmək bacarığı.
  • Yaş həddi: 25–40.

 

 

İş haqqında:

  • Əmək haqqı: Razılaşma yolu ilə.
  • Bonus sistemi: Hər satışdan 5-10 %.
  • ARƏM uyğun işə qəbul.
  • 6 günlük iş qrafiki.

 

 

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Satış üzrə Menecer” başlığı ilə [email protected] elektron poçtuna göndərə bilərlər.

 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.