Best Tech şirkəti "Satış üzrə təmsilçi" vakansiyasını elan edir.

 

İş barədə məlumat:

 

- Printerlər və kartriclərlə bağlı xidmətlərin (dolum, təmir və s.)

aktiv şəkildə B2B formatda təqdimatı və satışı

- Mövcud və potensial müştərilərlə (ofislər, təşkilatlar, mağazalar və

s.) görüşlərin təşkili və satış münasibətlərinin qurulması

- Printer detallarının və hazır məhsulların satışının həyata keçirilməsi

- Müştəri bazasının genişləndirilməsi və davamlı əlaqələrin qurulması

- Satışdan sonra xidmətlər barədə müştərilərə məlumat verilməsi və

əlaqələrin davam etdirilməsi

- Günlük, həftəlik və aylıq satış hesabatlarının hazırlanması və təqdim

edilməsi

- Bazardakı trendlərin izlənməsi və satış strategiyasının

təkmilləşdirilməsində iştirak

- 6 günlük iş qrafiki (bazar günü istirahət)

- Maaş: Fiks 400 AZN + xidmət satışının 10%-i (bonus)

 

Namizədə tələblər:

 

- Orta və ya Ali təhsil

- Satış və ya müştəri xidməti sahəsində təcrübə üstünlükdür (xüsusilə

B2B sahəsində təcrübə üstünlükdür)

- Aktiv və səyyar işləməyə hazır olmaq

- Ünsiyyət bacarığı yüksək, inandırma və təqdimetmə qabiliyyəti olan

- Məsuliyyətli, nəticəyönümlü və təşəbbüskar yanaşma

 

Maraqlanan şəxslər öz "CV"lərini "[email protected]" mail adresinə "Satış üzrə təmsilçi" başlığı ilə göndərə bilər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.