“Satışa Dəstək üzrə Kiçik Mütəxəssis-Gəncə” vakansiyası
Azersun Holding şirkətlər qrupuna daxil olan AL Market MMC-də
“Satışa Dəstək üzrə Kiçik Mütəxəssis-Gəncə” vakansiyası çərçivəsində yeni əməkdaş axtarışındayıq.
Əsas vəzifələr:
- Satış və mağaza komandalarına gündəlik əməliyyat dəstəyinin göstərilməsi
- Satış hədəflərinin izlənməsi, hesabatların hazırlanması və məlumatların düzgünlüyünün təmin edilməsi
- Satış prosesində yaranan məsələlərin operativ həllinə dəstək və şöbələrarası koordinasiya
- Satış performansının artırılmasına yönəlmiş təkliflərin verilməsi
Tələblər:
- Ali təhsil
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
- MS Excel və ofis proqramlarında yaxşı işləmə bacarığı
- Hesabatlama və məlumatlarla işləmə təcrübəsi
Təklif etdiyimiz imkanlar:
- Nahar və nəqliyyat təminatı
- Peşəkar və strukturlaşdırılmış iş mühiti
Maraqlanan namizədlər CV-lərini “Satışa dəstək üzrə kiçik mütəxəssis – AL Market (Gəncə)” başlığı ilə [email protected] ünvanına göndərə və ya paylaşımı uyğun namizədlərlə bölüşə bilərlər.