NAYORA “Şəbəkə: Gənclər Təşkilatlarının fəaliyyətlərinə dəstək” proqramı çərçivəsində layihə təkliflərinin qəbulu başlayır!
Bu proqram gənclər təşkilatlarının inkişafını dəstəkləmək və onların müxtəlif sahələrdə icra edəcəkləri layihələrin maliyyə və resurs təminatını gücləndirmək məqsədini daşıyır.
Layihə təkliflərinizi (Gənclər Fondunun cari normativ bazası və bazar qiymətlərinə əsaslanan büdcə cədvəli ilə birlikdə) 20 aprel 2026-cı il, saat 23:59 tarixinədək təqdim etməyiniz xahiş olunur. Təkliflər NAYORA tərəfindən proqram məqsədləri və meyarları əsasında dəyərləndiriləcək. Zəruri hallarda əlavə məlumat tələb oluna bilər.
Xahiş olunur ki, əsas fəaliyyət istiqamətləri üzrə layihə təkliflərinizi və büdcənizi hazırlayıb təqdim edin. Təkliflər qəbul edildiyi halda, NAYORA tərəfindən onların məzmunu, məqsədləri, icra planı və s. nəzərə alınaraq dəstəklənməsi mümkün olacaq. Proqrama müraciət üçün maksimum məbləğ 3000 azndir. Qeyd edək ki, layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan məbləğ seçki komitəsinin qərarı ilə əlavə maliyyə resursları ilə artırıla bilər.
Layihə istiqamətləri:
“Şəhərsalma və Memarlıq ili"-2026
Ekologiya və sağlam həyat tərzi
Texnologiya və innovasiya
Sosial sahibkarlıq
Vətənpərvərlik
Qeyd: Yalnız NAYORA-ya üzv olan gənclər təşkilatları layihə göndərə bilər. Hər bir layihənin maliyyə dəstəyi Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən, resurs dəstəyi isə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən göstəriləcək.
Vacibdir ki, təqdim olunan layihələr proqramın məqsədləri ilə uyğunluq təşkil etsin, icra planı və büdcə əsaslandırması aydın olsun. NAYORA qəbul ediləcək layihələrin müvəffəqiyyətlə həyata keçirilməsi üçün bütün zəruri dəstəyi təmin etməyə səy göstərəcək.