Şəhid Məhəmmədəli İbrahimli İnkişaf Proqramına qeydiyyat açıqdır!

 

Bu il ikinci dəfə olaraq tələbələr üçün Məhəmmədəli İbrahimli İnkişaf Proqramını elan edirik. Məhəmmədəli İbrahimli Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə 13 oktyabr 2020-ci ildə 23 yaşında şəhidlik zirvəsinə ucalıb. Onun əzmkarlığı və dəyərləri, gənc nəsillərə ilham vermək məqsədilə təşkil edilən bu proqramda 23 tələbənin seçilərək inkişaf etdirilməsi nəzərdə tutulub.

İnkişaf proqramı çərçivəsində iştirakçılara:

  Karyera və şəxsi inkişaf sahələrində təlimlər

  İxtisas sahəsinə uyğun peşəkar mentorların dəstəyi

  Ekspertlərlə görüşlər və şəbəkələşmə imkanı təqdim olunacaq.

Proqrama müraciət etmək üçün tələblər aşağıdakı kimidir:

  2025/2026-ci tədris ilində 2-ci və ya 3-cü kurs bakalavr tələbəsi olmaq;

  Sosial və akademik aktivliyi olan, cəmiyyətə faydalı işlərlə fərqlənən tələbə olmaq

  ÜOMG-nin 80% və daha yuxarı olması.

 

Əgər yuxarıdakı şərtlərə cavab verirsinizsə, qeydiyyatdan keçmək üçün aşağıdakı keçidi istifadə edə bilərsiniz.

Qeydiyyat üçün son tarix: 20.08.2025 - 23:59

Müraciət et

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.