“Şəmkir Gənclər evi” SXM işə qəbul elan edir.
“Şəmkir Gənclər evi” sosial xidmət müəssisəsinə metodist və dərnək rəhbəri vəzifəsinə sənəd qəbulu elan edir.
Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:
* Gənclərlə iş sahəsində təcrübə;
* Yaş həddi 29-dək;
* MS Office paketinə daxil olan proqramlarda sərbəst işləmə bacarığı;
* Komanda ilə işləmə bacarığı;
* Şəxslərarası effektivlik.
Qeyd: Könüllü və ya əməkdaş qismində müvafiq təcrübənin olması, dil və kompüter bilikləri haqqında qeyd CV-də öz əksini tapmalıdır.
Təqdim ediləcək sənədlər:
* CV foto ilə (iddia edilən vəzifənin adı qeyd olunmalıdır);
* Şəxsiyyət vəsiqəsinin surəti;
* Ali təhsil haqqında diplomun surəti (əgər varsa);
* Tərcümeyi-hal (elektron formada).
Sənədlər 19 iyul tarixinədək elektron formada [email protected] ünvanına göndərilməlidir. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət etdiyiniz müəssisənin və vəzifənin adı sənədlər göndərilərkən “mövzu” bölməsində qeyd edilməlidir.




