'TT Technologies"də Sənəd dövriyyəsi üzrə mütəxəssis vakansiyası aktivdir!
İş barədə məlumat:
Hüquqi və rəsmi sənədlərin qəbulunu, saxlanılmasını, yenilənməsini və paylaşılmasını təşkil etmək;
Şirkət daxilində müəyyən edilmiş sənəd formatlarına və sənəd mübadiləsi standartlarına riayət olunmasına nəzarət etmək;
Şirkətdən çıxan sənədlərin göndərilməsini təşkil etmək və onların qeydiyyatını aparmaq;
Şirkətə daxil olan sənədlərin qəbulu, ilkin işlənməsi, qeydiyyatı və aidiyyəti üzrə yönləndirilməsini təmin etmək;
Sənədlərin müvafiq məlumat bazalarında düzgün formatda saxlanılmasını təşkil etmək;
Texniki sənədləri müvafiq kodlaşdırma sisteminə uyğun olaraq nömrələmək və identifikasiya etmək;
Sənəd mübadiləsini şirkətdaxili sənədlərə nəzarət proseduruna uyğun həyata keçirmək;
Vaxtı keçmiş sənədlər barədə komanda üzvlərini məlumatlandırmaq;
Tanışlıq və Təhvil-Təslim iclaslarını təşkil etmək, iclaslarda iştirak etmək və qeydlər aparmaq;
Podratçı və Sifarişçi şirkətlərlə sənədləşmə işlərini koordinasiya etmək, onların tələb olunan sənəd nümunələri ilə təmin edilməsini və sistemli sənəd mübadiləsini təşkil etmək;
Təsdiq olunmuş müqavilələrin uyğunluğunu yoxlamaq və qeydiyyata almaq;
Şöbələrarası sənəd dövriyyəsini koordinasiya etmək;
Həftəlik və aylıq hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək;
Müqavilələrin və digər tələb olunan sənədlərin reyestrini aparmaq;
Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin icrasını həyata keçirmək.
Tələblər:
Ali təhsil;
Sənədlərə nəzarət və ya sənəd dövriyyəsi sahəsində iş təcrübəsi arzuolunandır;
Dil bilikləri: Azərbaycan dili (İngilis və rus dilləri arzuolunandır);
MS Office proqramlarında işləmək bacarığı;
Yüksək səviyyədə işgüzar yazışma bacarığı;
Komandada işləmək və effektiv ünsiyyət bacarığı.
Əlavə məlumatlar:
İş qrafiki: 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00
Maraqlanan namizədlər CV-lərini “Sənəd dövriyyəsi üzrə mütəxəssis” başlığı ilə [email protected] elektron ünvana göndərə bilərlər.