Sərgi satışı və təşkilatçılığı üzrə mütəxəssis vakansiyası
Komandamıza qeyd olunan tələblərə uyğun Sərgi satışı və təşkilatçılığı üzrə mütəxəssis vakansiyası üzrə namizəd axtarışındayıq. Bu vakansiyaya özünü uyğun bilən namizədlərdən CV-ni vakansiyanın adını qeyd etməklə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.
Vəzifə öhdəlikləri:
Sərgi və tədbirlərin planlaşdırılması və təşkilində iştirak etmək
Sərgi sahələrinin satışını həyata keçirmək
Müştərilərlə aktiv əlaqə qurmaq və yeni müştərilərin cəlb olunması
Mövcud müştərilərlə münasibətləri idarə etmək və inkişaf etdirmək
Sərgi iştirakçıları ilə müqavilələrin izlənməsi
Tədbir zamanı təşkilati işlərin koordinasiyasını təmin etmək
Satış planlarının icrasını təmin etmək
Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Tələblər:
Ali təhsil
Sərgi satışı və ya tədbir təşkilatçılığı sahəsində 3-5 il təcrübə
Ünsiyyət və təqdimat bacarıqları
Təşkilatçılıq və planlama bacarığı
Komanda ilə işləmə bacarığı
MS Office proqramlarında işləmə bacarığı
İş şəraiti:
İş qrafiki: Tam iş günü
Əmək haqqı: Razılaşma yolu ilə
Karyera inkişafı imkanları
Qeyd: Yalnız müvafiq sahə üzrə iş təcrübəsi olan namizədlərin müraciətlərinə baxılacaq.