SƏTƏM üzrə mütəxəssis vakansiyası
Gəncə, Goranboy və Mingəçevir şəhərlərində yaşayanların nəzərinə!
SƏTƏM üzrə mütəxəssis vakansiyası aktivdir.
Vəzifələr:
Zavodda əməyin mühafizəsi və texniki təhlükəsizliyə nəzarət etmək və yoxlamalar aparmaq;
İş zamanı zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsinə nəzarət etmək;
İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasında iştirak etmək;
Bina, qurğu və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasında iştirak etmək;
Şirkətin struktur bölmələrində və logistika əməliyyatlarının həyata keçirilməsində ətraf mühitin çirkləndirilməsinin minimuma endirilməsi ilə bağlı tədbirlər görülməsində iştirak etmək;
Strateji və illik planların hazırlanmasında və həyata keçirilməsində direktora dəstək olmaq və onların müntəzəm olaraq rəsmi şəkildə yenilənməsini təmin etmək;
Tələblər:
- Ali təhsilinin olması;
- Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi;
- Rus dili və ya ingilis dilini bilməsi şərtdir.
- SƏTƏM üzrə tələb olunan uyğun sertifikatların olması;
- Ms Office(Outlook, Word, Excel) proqramlarında işləmə bacarığı;
- Təşkilati bacarıqlar,təşəbbüskarlıq, zəruri hallarda təzyiq altında işləmək bacarığı;
- İşdə yaranan müxtəlif vəziyyətlərə çevik reaksiya vermək bacarığı;
İş şəraiti:
İş saatı: 08:00 - 17:00
İş yeri: Gilan&Knauf
Şirkət tərəfindən yemək və nəqliyyat təmin edilir
Müraciət üçün [email protected] adresinə CV-nizi göndərə və ya (010) 253 02 04 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. CV-nizi göndərərkən mövzu yerinə “SƏTƏM üzrə mühəndis” vəzifə adını qeyd etməyiniz vacibdir.