Vakansiya: SƏTƏMM üzrə kiçik mütəxəssis.
Scandens Pharmaceutical Industries Ltd.
- Ünvan: Hökməli, Abşeron (Bakı-Şamaxı yolu 15-ci km)
- İş qrafiki: Bazar ertəsi-Cümə 09:00-18:00
- Nahar və Servis şirkət tərəfindən təmin olunur
- Paşa Həyat ilə əməkdaşlara korporativ həyat sığortası imkanı
Vəzifə öhdəlikləri:
· Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə giriş, həmçinin yanğın təhlükəsizliyi təlimatını keçmək.
· Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə qanunvericiliyin, normativ hüquqi aktların, standartların və müəssisənin daxili qaydalarının tələblərinə əməl olunmasına nəzarət etmək.
· Ətraf mühitin mühafizəsi haqqında qanun, qayda, normativ hüquqi aktlar və standartlar barədə məlumatlı olmaq.
· Müvafiq qaydada müəssisənin bütün sahələrinə baxış keçirtmək, aşkar edilmiş uyğunsuzluqları sənədləşdirmək, rəhbərliyə məlumat vermək.
· İş prosesində aşkar etdiyi bütün uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək, mümkün olduğu halda onları aradan qaldırılmasını təmin etmək.
· Müşahidə və yoxlamalar barədə birbaşa rəhbərə hesabat vermək.
· Bölmədə SƏTƏMM üzrə sənədləşmə işlərini icra etmək.
· Müvafiq bölmələri vaxtında və dəqiq informasiya ilə təmin etmək.
· Müəssisədaxili qaydalara və prosedurlara riayət etmək.
Tələblər:
· Ali təhsil (Texniki sahə, Ekologiya və ya əlaqəli sahə üzrə);
· Texniki Təhlükəsizlik və Əməyin Mühafizəsi qaydaları və normaları üzrə FHN tərəfindən verilmiş şəhadətnamə;
· Müvafiq sahə üzrə minimum 1 il təcrübə;
· Əlavə sertifikatların olması üstünlükdür;
· İstehsalat sahəsində təcrübə;
· Peşəkar ünsiyyət və məsuliyyətli yanaşma;
· Hadisələrə çevik və operativ müdaxilə etmə;
· Müstəqil və komanda şəklində işləmək bacarığı;
· Azərbaycan dili səlis, ingilis və rus dilləri arzuolunandır;
· MS Office (Word, Excel, Outlook) mütləqdir.
Namizədlər CV-lərini mövzu yerində “SƏTƏMM üzrə kiçik mütəxəssis” qeyd edərək [email protected] mail ünvanına göndərə bilərlər. Uyğun görülən namizədlər müsahibəyə dəvət olunacaqlar.