Travellab komandası böyüyür!
Səyahəti sevən, enerjili və insanlarla ünsiyyətdən zövq alan şəxslər üçün “Təcrübəçi (Intern)” vakansiyası açıqdır.
Bu rol sənə real iş mühitində təcrübə qazanmaq, turizm sektorunu dərindən öyrənmək və gələcək karyeran üçün güclü başlanğıc yaratmaq imkanı verəcək.
Vəzifələr:
• Müştərilərlə ilkin kommunikasiya
• Turlar və xidmətlər haqqında məlumatların təqdim edilməsi
• Rezervasiya proseslərində dəstək
• Komandaya gündəlik əməliyyatlarda kömək
Tələblər:
• Ünsiyyət bacarığı yüksək olmalı
• Səyahətə maraq
• Azərbaycan və rus dillərini bilmək (ingilis dili üstünlükdür)
• Məsuliyyətli və öyrənməyə açıq olmaq
Biz nə təklif edirik:
• Real iş təcrübəsi
• Dinamik və gənc komanda
• Karyera inkişafı imkanı
• Uğurlu təcrübəçilər üçün işə qəbul şansı
• Təcrübə müddətində simvolik ödəniş
CV-ni göndər: [email protected]