Sığorta məsləhətçisi vəzifəsinə müraciət etməklə sizi peşəkar komandamıza qoşulmağa dəvət edirik! 

Əsas vəzifə öhdəlikləri: 

        Mövcud müştəri bazasını artırmaq və yeni müştəriləri cəlb etmək;

        Müştərilərə yüksək səviyyədə xidmət göstərmək;

        Mövcud müştərilərlə sığorta müqavilələrinin yenilənməsini həyata keçirmək;

        Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;

        Sığorta müqaviləsinin vaxtında müştəriyə təqdim edilməsinə və sığorta təklifinin detalları, şərtləri barədə ətraflı təlimatlandırılmasına dəstək göstərilmək.

Bilik və Bacarıqlar:

        Təşəbbüskarlıq;

        Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;

        Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı;

        Dəqiqlik və yaranan şəraitə tez reaksiya göstərmək;

        Öhdəliklərinə məsuliyyətli olmaq;

        Komanda ilə işləmə bacarığı

        Dil bilikləri: Azərbaycan dili (əla), əlavə olaraq Rus dili və İngilis dili (arzu olunandır)

Təhsil və təcrübə:

        Natamam Ali və Ali

        Sığorta sahəsi üzrə təcrübə tələb olunmur

Namizədə tələblər:

        Yaş: 18 - 35

        Cinsi: Bəy və Xanım

İş şərtləri:

        İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)

        İş saatı: I-IV günlər 09:30 - 17:30, V gün 09:30 - 17:00

        İş yeri: Bakı və Regionlar

        Bonus və rüblük motivasiya

Biz sizə nə təklif edirik?

        Sınaq müddəti 3 ay;

        Sınaq müddəti sonunda iş ilə təmin olunma imkanı yaradılacaq;

        Fərdi və peşəkar inkişaf üçün dəstək və təlimlər;

        Karyera və inkişaf üçün əla fürsətlər;

        Peşəkar və dinamiki komandada çalışma imkanı;

Uyğun olan namizədlərdən CV-lərini mövzu hissəsinə “ Sığorta məsləhətçisi (Region qey edərək) ” qeyd edərək  [email protected] ünvanına göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.