“Şirvan Gənclər evi” SXM işə qəbul elan edir.
“Şirvan Gənclər evi” sosial xidmət müəssisəsinə dərnək rəhbəri vəzifəsinə sənəd qəbulu elan edir.
Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:
• Gənclərlə iş sahəsində təcrübə;
• Yaş həddi 29-dək;
• MS office paketinə daxil olan proqramlarda sərbəst işləmə bacarığı;
• Komanda ilə işləmə bacarığı;
• Şəxslərarası effektivlik.
Qeyd: Könüllü və ya əməkdaş qismində müvafiq təcrübənin olması, dil və kompüter bilikləri haqqında qeyd CV-də öz əksini tapmalıdır.
Təqdim ediləcək sənədlər:
• CV foto ilə (iddia edilən vəzifənin adı qeyd olunmalıdır);
• Şəxsiyyət vəsiqəsinin surəti;
• Ali təhsil haqqında diplomun surəti (əgər varsa);
• Tərcümeyi-hal (Elektron formada)
Sənədlər 17 iyun tarixinədək elektron formada [email protected] ünvanına göndərilməlidir. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət etdiyiniz müəssisənin və vəzifənin adı sənədlər göndərilərkən “mövzu” bölməsində qeyd edilməlidir.