“Smart Solutions for People” 2 günlük hakatonuna qeydiyyat başladı!
20–21 dekabr tarixlərində Sumqayıt İnnovasiya Mərkəzində real problemlərə innovativ həllər yaratmaq istəyən gəncləri hakatona dəvət edirik!
Əgər sürətli düşünürsünüzsə, komanda ilə işləməyi sevirsinizsə və ideyanızı işlək prototipə çevirməyə hazırsınızsa, bu çağırış sizin üçündür!
Seçim meyarları:
Yalnız 3 nəfərlik komanda şəklində iştirak etmək;
Yarışa şəxsi kompüterinizlə qatılmaq;
Qeydiyyat zamanı motivasiya məktubunu dolğun yazmaq.
Son qeydiyyat tarixi: 12 dekabr
Yerlər məhdud olduğu üçün vaxtında müraciət etməyi unutmayın!
Qeydiyyatdan keçmək üçün link: LİNK
Gəlin, innovativ gələcəyi birlikdə quraq!
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.