Azərbaycan Texniki Universitetinin (AzTU) “SmartTech” İnnovatorlar Mərkəzinə  Layihələndirmə laboratoriyasının təlimçi-konstruktoru vəzifəsi üzrə vakansiya elan edilir. 

 

Tələblər:

· Ali texniki təhsil (mühəndislik, mexatronika, informasiya texnologiyaları və ya əlaqəli ixtisas üzrə);

· 3D modelləmə və prototipləmə proqramlarında (SolidWorks, Fusion 360, AutoCAD və s.) bilik və təcrübə;

· CNC və 3D printerlərlə işləmək bacarığı;

· Azərbaycan dilində səlis danışıq və yazı bacarığı ( texniki ingilis dili biliyi üstünlükdür);

· Tələbələrlə işləmək, təlim və mentorluq qabiliyyəti;

· Komandada işləmək və layihə idarəetməsi bacarığı;

· Startap ekosisteminə və innovativ layihə prinsiplərinə maraq. 

 

Əmək funksiyaları:

· Mərkəzin layihələndirmə laboratoriyasında həyata keçirilən layihələrin texniki və konstruktor dəstəyini təmin etmək;

 

· 3D modellərin hazırlanması, prototiplərin dizaynı və istehsal prosesi üzrə tələbə və komandalarla işləmək;

· Layihələrdə istifadə olunan texnoloji avadanlıqların (3D printer, CNC dəzgah və s.) işlək vəziyyətdə saxlanılması və texniki nasazlıqların aradan qaldırılması;

· Tələbələrin texniki bacarıqlarının inkişafı məqsədilə təlimlər, praktiki məşğələlər və mentorluq proqramları təşkil etmək;

· Layihə və startap fəaliyyətlərinin səmərəliliyini artırmaq üçün texnoloji yenilikləri izləmək və tətbiq təklifləri hazırlamaq;

 

· Universitet tələbələrinin startap və hakaton yarışlarında iştirakını təşviq etmək, bu istiqamətdə maarifləndirici görüşlər və məlumat sessiyaları təşkil etmək, startap layihələrində və yarışlarda iştirakla maraqlanan tələbələrə texniki və metodiki dəstək göstərmək;

· Əldə olunan yarış və proqram məlumatlarının Mərkəzin rəsmi kommunikasiya kanalları vasitəsilə yayılmasını təmin etmək. 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

 

Müraciət üçün son tarix: 23.10.2025

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.