SMM/Kontent menecer vakansiyası

 

Vəzifə öhdəlikləri: 

·      Şirkətin sosial media hesabları (Facebook, Instagram, LinkedIn, TikTok və s.) üçün kreativ və cəlbedici kontentin hazırlanması;

·      Foto, video və Reels/TikTok formatında kontentlərin yaradılması və çəkiliş prosesində iştirak;

·      Sosial media paylaşımları üçün mətnlərin (caption) hazırlanması;

·      Kontentin hazırlanması və montajı üçün Canva, CapCut və ya digər proqramlardan istifadə;

·      Sosial media trendlərini izləmək və trendlərə uyğun kontent ideyaları təqdim etmək;

·      Brendin imicinə uyğun vizual və mətn kontentinin yaradılmasında marketinq komandası ilə əməkdaşlıq;

·     Hazırlanan kontentin performansının izlənilməsi və nəticələrə əsasən yeni ideyaların təklif edilməsi.

 

Tələblər:

Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, Jurnalistika və ya əlaqəli sahələr üzrə);

•SMM və ya rəqəmsal marketinq sahəsində ən azı 1 il iş təcrübəsi arzuolunandır;

•Canva, CapCut, Photoshop və ya analoji proqramlarda işləmək bacarığı üstünlükdür;

•Kreativ düşüncə, trendləri izləmək və yeniliklərə açıq olmaq;

•Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;

•Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus və ingilis dili biliyi üstünlükdür.

İş barədə məlumat:

·      Əmək haqqı: 600 AZN +mükafat

·      İş yeri : Bakı şəh, Aşıq Molla Cümə küç.

·      Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda

·      5 günlük iş qrafiki: I-V-ci günlər 09:00-18:00 

 

CV-lərinizi “Marketinq üzrə mütəxəssis” başlığı altında [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

 Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.