Bu vəzifədə çalışan məsul şəxs, kreativ düşüncəyə sahib olmalı, təşəbbüskar və məsuliyyətli olmalıdır.   Tələblər:   · Ali təhsil (jurnalistika, filologiya, marketinq və ya pedaqoji sahə üzrə); · Sosial Media Marketinqi (SMM) üzrə bilik və minimum1-2 il iş təcrübəsi; · Qrafik dizayn qabiliyyəti (Coral draw, Adobe Products, Creative Cloud-üstünlükdür); · Azərbaycan dilində yüksək səviyyədə yazı bacarığı/qabiliyyəti; · Foto/video çəkiliş aparmaq bacarığı; · Planlaşdırma və vaxtın düzgün idarə edilməsi üzrə müvafiq bacarıqlar; · Yeniliklərə açıq olmaq və konstruktiv təkliflər irəli sürmək bacarığı; · Xarici dilləri bilməsi (rus və inglis dillərinə üstünlük verilir); · İKT sahəsi üzrə müvafiq bilik və bacarıqlar; · Komandada işləmək bacarığı.   Öhdəliklər: · Fəaliyyətə uyğun olaraq yüksək keyfiyyətdə kontent (mətn, foto, video) hazırlamaq, veb-sayt və sosial mediada yerləşdirmək; · Məlumatların sosial mediad
a təşviqi və kreativ yanaşmanın tətbiqi; · Şirkətin sosial media səhifələrini idarə etmək; · Aktiv informasiya mübadiləsini idarə etmək; · Ehtiyaclara uyğun müxtəlif kommunikasiya formalarını tətbiq etmək; · Sosial şəbəkələrdə və saytda cari aksiyalara dair bannerlərin və postların yerləşdirilməsinə nəzarət etmək; · Müvafiq sahə üzrə büdcəni müəyyənləşdirmək, büdcə xərcləri üzrə hesabat vermək; · Sosial media və rəqəmsal marketinq sahəsində ən son tendensiya, yenilik və texnologiyalardan xəbərdar olmaq.   Məşğulluq:   · Tam iş qrafiki, həftə içi 5 gün, 09:00-18:00; · Əmək haqqı müsahibə zamanı namizədin təcrübəsinə əsasən razılaşdırılacaqdır. Uyğun namizədlərdən [email protected] ünvanına mövzu bölməsində vəzifənin adı (SMM Mütəxəssis) göstərilməklə 05.10.2021-ci il tarixədək göndərməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. Sizi komandamızda görməkdən məmnun olarıq!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.