"Mən hələ öyrənirəm, amma ideyalarım çoxdur", "Rəqəmsal trendlər məndən soruşulur" deyirsən? Elə isə bu şans tam sənin üçündür!
Biz komandamıza sosial media dünyasını dərindən kəşf etmək, real keyslər üzərində işləmək və rəqəmsal alətləri mənimsəmək istəyən Sosial Media Meneceri üzrə Təcrübəçi axtarırıq!
Bizim üçün kim maraqlıdır?
Dil savadlılığı: Azərbaycan dilində qrammatik düzgün və səlis yaza bilən
Trendsetter: Sosial media yeniliklərini və trendləri daimi izləyən, rəqəmsal dünyaya maraqlı olan
Analitik və Yaradıcı: Araşdırma etməyi sevən və yaradıcı düşüncə qabiliyyətinə güvənən
ADS Manager: Meta Ads Manager (reklam paneli) haqqında giriş səviyyəsində də olsa anlayışı və öyrənmək istəyi olan
Team Player: Komanda ilə işləməkdən zövq alan
Proqram barədə vacib detallar:
Yaş həddi: 18 – 24 yaş aralığı
Müddət: 1 – 3 ay (Uğurlu namizədlər üçün komandada daimi qalmaq şansı!)
Dəstək: Aylıq təqaüd nəzərdə tutulub
Təcrübə müddətində real layihələrin idarə olunmasında iştirak edəcək, rəqəmsal marketinqin sirlərini komandamızla birlikdə öyrənəcəksən. Bizim üçün çoxillik staj yox, sənin məsuliyyətin, dürüstlüyün və inkişaf etmək istəyin önəmlidir!