Vəzifə: “Sosial Media Marketinq üzrə Menecer”

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mövzuya uyğun olaraq yüksək keyfiyyətli cəlbedici kontentin (mətn, foto və video) hazırlanması və ya seçilməsini təşkil etmək;
  • Hazırlanmış kontenti web sayt və sosial mediada yerləşdirmək;
  • Hazırlanmış kontentin sosial mediada təşviq (promote) edilməsi və bu sahədə kreativ fikirlərə malik olmaq;
  • Həftəlik facebook, instagram, Linkedin, tiktokda adətən də Youtubeda paylasımlar etmək (SMM idarə olunması);
  • Sosial media kanallarında paylaşılacaq reklam məzmunu yaradılması, postlara nəzarət, postlarda dəyişiklik və yeniliklər üzrə təkliflərin verilməsi;
  • Yerləşdirilən reklamların effektivliyinə nəzarət edilməsi və hədəf kütləsinə uyğun olaraq tənzimlənməsi;
  • Dizaynerə ideyalar verməyi bacarmalı;
  • Sosial şəbəkəyə gündəlik gələn şərhlərə, mesajlara və sorğulara cavab vermək;
  • Paylaşılan məzmunun qrammatik cəhətdən düzgünlüyünün, məntiqi və asan anlaşılan olmasının təmin edilməsi;
  • Sosial media kanalları üçün kontent planın hazırlanması;
  • Sosial şəbəkələrdə reklam, aksiya və kampaniyaları yaratmaq və idarə etmək;
  • Rəqib qrupların monitorinqini aparmaq;
  • Sosial şəbəkələrdə aktiv reklam fəaliyyətini aparmaq;
  • Şirkətin digər bölmələri və əməkdaşları ilə koordinasiyalı şəkildə işləmək;
  • Xüsusi günlər, bayram günləri və s. dövlət əhəmiyyətli günlərin qeydiyyatını aparmaq və o anlara özəl postları paylaşmaq;
  • Səhifələr üzrə gələn sorğuların müvafiq qurumlara yönləndirilməsi və cavablandırılmasını təmin etmək;
  • Səhifələr üzrə hədəf kütləni təyin edərək reklam aksiyalarını həyata keçirmək;
  • Statiskanın izlənməsi, analitika əsasında alınan nəticələr üzrə kampaniyaların optimallaşdırılması;
  • Hesablar ilə bağlı aylıq, illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

 

Tələblər:

  • Ali təhsil;
  • Sosial media mütəxəssisi üzrə minimum 2-3 il iş təcrübəsi;
  • Təhsil və mətbəə sahəsində təcrübə olması üstünlükdür;
  • Azərbaycan dili – səlis (İngilis dili və Rus dili bilməsi üstünlükdür); 
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Kopirayter və sosial media işi ilə bağlı müasir texnologiyalara bələdlik, yeni trendlərdən xəbərdar olmaq;
  • Peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət və yaradıcı düşünmə bacarığı;
  • Təşəbbüskarlıq və kreativlik, komandada işləmək, təqdimat aparmaq, stressə davamlılıq və təhlil etmək bacarığı.

İş haqqında:

  • ARƏM uyğun işə qəbul;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • İş qrafiki: 6 günlük.

Əmək haqqı: 600-800 AZN 

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Sosial Media Marketinq üzrə Menecer” başlığı ilə elektron poçtuna göndərə bilərlər.

 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.