"Sosial Media üzrə mütəxəssis" vakansiyası

 

Azersun Holding şirkətlər qrupuna daxil olan Media Balans MMC-də "Sosial Media üzrə mütəxəssis" vakansiyası çərçivəsində komandamıza enerjili, öyrənməyə həvəsli və sosial media dünyasına marağı olan yeni əməkdaş axtarışındayıq.

 

Tələblər:

   Ali təhsil (marketinq, jurnalistika, kommunikasiya və ya əlaqədar sahələr üstünlükdür)

   Minimum 3 il sosial media təcrübəsi (agentlik təcrübəsi üstünlükdür)

   Facebook, Instagram, TikTok, LinkedIn, YouTube və s. platformalar üzrə biliklər

   Kontent planlama və icra bacarığı

   Meta Business Suite, TikTok Ads, LinkedIn Ads və s. alətlər üzrə baza və ya orta səviyyə bilik

   Kreativ düşüncə və brend tonuna uyğun yazı bacarığı

   Azərbaycan dilində sərbəst yazı bacarığı, rus dili bilikləri üstünlükdür

   Komanda ilə işləmə bacarığı.

 

Vəzifə öhdəlikləri:

   Sosial şəbəkələr (Facebook, Instagram, TikTok, LinkedIn və s.) üçün kontent planı tərtib etmək

   Post, story və video ideyaları yaratmaq, dizayn komandası ilə koordinasiya

   Brendin kommunikasiya xəttinə uyğun tone of voice formalaşdırmaq və qorumaq

   İzləyici reaksiyalarını idarə etmək (rəy, mesaj və şərhlərə cavab vermək)

   Aylıq və layihə hesabatlarını hazırlamaq

   Rəqiblərin sosial media fəaliyyətlərini monitorinq etmək

   Yeni trend və alətləri izləmək, innovativ yanaşmalar tətbiq etmək

   Influencer və partnyor əməkdaşlıqlarında iştirak etmək

 İş Qrafiki: Həftə içi 5 gün | 09:00 – 18:00

 

 Nahar şirkət tərəfindən təmin olunur

 Nəqliyyat dəstəyi mövcuddur

 İş yeri: Bakı şəhəri

 CV göndərmək üçün: [email protected]

 Mövzu hissəsində: “Sosial Media üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.