Tamstore MMC “Stok kontrol üzrə kiçik mütəxəssis” vakansiyası elan edir:

 

Əsas vəzifə öhdəlikləri:

 ·      Rəhbərlik və aidiyyəti şöbələrlə koordinasiyalı işləmək;

 ·      Tədarükçülərlə daimi əlaqədə olmaq; 

 ·      Tədarükçülərə təyin olunmuş stok-günə əsasən hesablanmış ehtiyacları sifariş halında təqdim etmək və sifarişin təmin olunmasını təşkil etmək;

 ·      Anbara gündəlik mal giriş-çıxışlarını izləmək;

 ·      Firmaların məhsullarının iadəsini nəzarətdə saxlamaq;

 ·      Mağazaların sifarişlərini təqib etmək;

 ·      Depo ve mağaza stok səviyyələrinin mütəmadi olaraq təqibdə edilməsi və optimal səviyyədə saxlanılması;

 ·      Endirim,İnsert məhsullarının tələbə uyğun olaraq  depo və mağazalarda mövcudluğunu təmin etmək;

 ·      Tədarükçülərin şirkətin çatdırılma zamanı təyin olunmuş qaydalarına əməl etmələrini təmin etmək;

 ·      İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.

 

  Tələb olunan bilik və bacarıqlar:

·       İşində dəqiqlik və detallara diqqətlilik;

·      Kommunikasiya;

·       Məsuliyyətlilik;

·      Komandada işləmək bacarığı;

·       Analitik düşüncə və problem həll etmə bacarığı;

·       MS Office (Excel) proqramlarında işləmək bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi:

·       Ali təhsil;

·       Satış və ya müştəri ilə iş sahəsində ən azı 1 il təcrübə;

 

İş şərtlərimiz:

·       İş qrafiki: Tam iş günü (5 gün);

·       İş saatları: 09:00-18:00;

·       İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D

 

Biz nə təklif edirik:

·       Əmək bazarında rəqabətli əməkhaqqı;

·       Peşəkar komanda mühiti;

·       Şirkət hesabına nahar;

·       Şirkət hesabına korporativ nömrə.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə  “Stok kontrol üzrə kiçik mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.