Stomatologiya üzrə Tibb Bacısı vakansiyası
Vəzifələr:
• Həkim-stomatoloqa müayinə və prosedurlar zamanı assistentlik etmək
• Stomatoloji alətlərin hazırlanmasını və sterilizasiyasını təmin etmək
• Pasiyent məlumatlarının qeydiyyatını və təqibini aparmaq
• Klinikanın sanitar-gigiyenik qaydalarına riayət olunmasını təmin etmək
Tələblər:
• Tibb bacısı ixtisası üzrə orta ixtisas və ya ali tibbi təhsil
• Stomatologiya sahəsində minimum 6 ay iş təcrübəsi
• Azərbaycan və rus dillərini bilmək (rus dili mütləqdir)
• Pasiyentlərlə nəzakətli və diqqətli ünsiyyət bacarığı
• Alətlərin sterilizasiyası və həkimə assistentlik bacarığı
• Operativ, məsuliyyətli və intizamlı olmaq
Şərtlər:
• Tam ştat
• İş günləri: Bazar ertəsi – Cümə, saat 09:00 – 16:00; Şənbə, saat 09:00 – 14:00
• Əmək haqqı: 600 AZN (net) + əməliyyatlara görə əlavə ödəniş
• Əlavə güzəştlər mövcuddur
Ünvan: Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi 13
Vakansiya ilə bağlı müraciət üçün CV-nizi mövzu hissəsində "Stomatologiya üzrə tibb bacısı" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.