Köhnə materiallar yeni ideyalara necə çevrilir?
YARAT-ın dördgünlük “Summer Camp” proqramı moda, tekstil və yaradıcılıqla maraqlanan yeniyetmələri bir araya gətirir.
İştirakçılar tekstillə işləməyi, tikiş maşınından istifadə etməyi öyrənəcək, köhnə geyim və istifadə olunmayan parçaları yeni tekstil əsərlərinə çevirəcək, eyni zamanda davamlı moda və materiallardan məsuliyyətli istifadə prinsipləri ilə tanış olacaqlar.
Dörd günün sonunda isə hər bir iştirakçı hazırladığı tekstil əsərini özü ilə aparacaq.
Proqramın mentoru performans sənətçisi, aktyor, rəqqas, modelyer, eləcə də sosial və mədəniyyət sahələrində fəaliyyət göstərən, “Yamamaa” brendinin təsisçisi Elnur Musayevdir
Tarix: 27–30 iyul | 12:00–13:30
Yaş həddi: 13–16
Məkan: XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi
Yerlər məhduddur! WhatsApp nömrəsinə yazaraq qeydiyyatdan keçə bilərsiniz: +994502514118


