Peerstack Academy və İnnovasiya Lideri Bakcell-in birgə təşkil etdikləri “SummerStack” Bootcampı üçün qeydiyyat başladı!
Peerstack Academy və İnnovasiya Lideri Bakcell-in birgə təşkil etdikləri SummerStack Bootcampı çərçivəsində gənclərin rəqəmsal bacarıqlarının inkişafına yönəlmiş yeni proqram elan olunur. Java və Python proqramlaşdırma dilləri üzrə keçiriləcək bu layihə gənclərin İT karyerasına güclü başlanğıc etməsinə imkan yaradacaq.
Proqramın əsas üstünlükləri:
- Müddət və format: Üç ay davam edəcək bootcamp fundamental biliklər qazandırmaq və real layihələr üzərində işləmək imkanı təklif edir.
- Tədris modeli: Qarşılıqlı öyrənmə və layihə əsaslı model. İştirakçılar təcrübəli mentorların dəstəyi ilə praktiki nümunələr üzərində işləyəcəklər.
Təqaüd İmkanı: Layihə çərçivəsində iştirakçılara 70%-dək təqaüd imkanı təqdim olunur.
Qeydiyyatdan keçən namizədlər ilkin olaraq məntiq və proqramlaşdırma biliklərini əhatə edən imtahan mərhələsindən, daha sonra isə müsahibə prosesindən keçəcəklər.
Tələbə olmaq istəyənlər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçməlidirlər: https://bit.ly/EdumapSummerStackWeb
Son qeydiyyat tarixi: 5 iyun
Bootcamp-ın başlama tarixi: 10 iyun