Qafqazın ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” QSC (BSC) Sumqayıt və Xırdalan şəhərlərində, eləcə də ətraf ərazilərdə yaşayan iş axtaranları aşağıdakı vakansiyalar üzrə müraciət etməyə dəvət edir.
19-20 sentyabr 2025-ci il tarixlərində saat 10:00-15:00 arasında keçiriləcək “Karyera Günləri” şirkətin Sumqayıt şəhəri, Sülh küçəsi 1 ünvanında yerləşən "Azərboru" zavodunun inzibati binasında baş tutacaq.
Karyeranızda yeni səhifə açmaq istəyirsinizə, bu yola bizimlə çıxın!
Vakansiyalar:
Növbə briqadiri
İsti boru yayıcısı
Poladəridən
İdarəetmə postunun operatoru
Əl ilə qəlibləmədə qəlibçi
Hidravlik-çilingər
Frezerçi-karuselçi
Təmirçi-çilingər
Əl ilə qəlibləmədə milçi
Qazla kəsici
Modelçi
Tornaçı
Baş elektrik
Doğrayıcı
Paketləyici
Ekskavator operatoru
Körpülü kran maşinisti
Tır sürücüsü
Orta tibb işçisi
Avtomatika və NÖC üzrə:
Mühəndis
Usta
Elektrik-çilingər