Vakansiya haqqında
Birbankın Əlaqə mərkəzi şöbəsində Talent on the Line Yay Təcrübə Proqramı səni Çağırır! Bu proqram ünsiyyət bacarıqlarını gücləndirəcək, real müştəri situasiyalarında qərarvermə qabiliyyətini inkişaf etdirəcək və peşəkar bankçılıq dünyasını yaxından tanımaq imkanı verəcək.
Tələblər
Ali təhsil müəssisələrində təhsil alan tələbə və ya yeni məzunlar;
Azərbaycan dilində sərbəst danışıq bacarığı (rus və ingilis dili biliyi üstünlükdür);
Güclü ünsiyyət və təqdimat bacarıqları;
Müştəriyönümlülük;
Operativlik və məsuliyyətlilik;
Təşəbbüskarlıq.
Öhdəliklər
Müştərilərdən daxil olan zəngləri operativ və keyfiyyətli şəkildə cavablandırmaq;
Müştərilərə bankın məhsul və xidmətləri üzrə düzgün və dolğun məlumat təqdim etmək;
Müştəri ehtiyaclarını müəyyən edərək uyğun istiqamətləndirməni həyata keçirmək;
Daxil olan müraciətləri bankın daxili sistemləri üzərindən idarə etmək və qeydiyyatını aparmaq;
Müştəri məmnuniyyətinin təmin olunmasına dəstək olmaq və Birbank-ın xidmət keyfiyyətini təmsil etmək.
Təklif olunanlar
Peşəkar inkişaf: Bank sektorunda praktiki bilik və bacarıqlar qazanmaq;
Mentorluq: Təcrübəli mütəxəssislərlə işləyərək onlardan öyrənmək;
Karyera imkanı: Təcrübə müddətində uğurlu nəticə göstərən namizədlərin gələcəkdə iş imkanları ilə təmin olunması;
Şəxsi inkişaf: Analitik düşüncə, hesabatlılıq və komanda ilə işləmə bacarıqlarının gücləndirilməsi;
İş mühiti: Dostluq və dəstəkçi komanda ilə rahat iş mühiti.
Haqqımızda
Bir ekosistemində işləmək texnologiya ilə dəyər yaratmaq, insanlara real fayda vermək və gələcəyin həllərini bu gündən qurmaqdır.
Komandalarımız açıq müzakirələr, sürətli qərarlar və davamlı təkmilləşmə üzərində qurulub. Ofislərimizdə ideyalar yaranır, məhsullar formalaşır, texnologiya isə bu ideyaların reallığa çevrilməsinə xidmət edir.
Bir ekosistemində biz sadə, etibarlı və innovativ həllərlə milyonlarla insanın və minlərlə biznesin gündəlik həyatına toxunuruq. Fintek biznesi (Birbank), Ödənişlər biznesi (m10/MilliÖn) və E-ticarət biznesi (Birmarket) bir araya gələrək ölkənin ilk tam inteqrasiyalı rəqəmsal ekosistemini formalaşdırır.
Komandamızın peşəkarlığı sayəsində təqdim etdiyimiz məhsullar yeni vərdişlər yaradır və ölkədə rəqəmsal mədəniyyətin formalaşmasına töhfə verir.