“Tarix” və “Dövlət və ictimai münasibətlər” ixtisasları üzrə proqram rəhbəri

 

İş öhdəliklərinin təsviri

    Proqram üzrə akademik, elmi və inzibati fəaliyyətin təşkilinə və idarə olunmasına rəhbərlik etmək;

    Proqram üzrə təhsil proqramı, tədris planı, sillabus və digər zəruri tədris sənədlərinin işlənməsini təmin etmək; 

    Proqram üzrə keyfiyyət təminatı tədbirlərinin həyata keçirilməsini təmin etmək;

    Fakültə və universitetin müvafiq struktur bölmələri ilə koordinasiyalı fəaliyyət göstərmək;

    Proqram üzrə illik hesabatların, fəaliyyət planlarının və inkişaf təkliflərinin hazırlanmasını təmin etmək.

 

 

Tələblər

    Proqram profilinə uyğun sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsi;

    Ali təhsil müəssisəsində elmi-pedaqoji və idarəetmə təcrübəsi;

    Təhsil proqramlarının təşkili və idarə olunması sahəsində biliklər; 

    Təhsil sahəsinə aid normativ-hüquqi sənədlər və hesabatlarla işləmək bacarığı; 

    Akademik planlaşdırma və təşkilatçılıq bacarıqları; 

    Liderlik, qərarvermə və komanda ilə işləmək bacarığı; 

    Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;

    İngilis dilində minimum C1 səviyyəsində şifahi və yazılı ünsiyyət bacarığı;

    Beynəlxalq əməkdaşlıq, layihə fəaliyyəti və ya akkreditasiya təcrübəsi üstünlük hesab olunur. 

 

 

Müraciət etmək üçün

Tələb olunan sənədlər:

    CV (ingilis dilində);

    Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;

    Elmi və elmi-metodiki işlərin siyahısı;

    Motivasiya məktubu (maksimum 500 söz).

 

Təklif etdiyimiz üstünlüklər: 

    Rəqabətqabiliyyətli əməkhaqqı;

    Elmi-tədqiqat mühiti;

    Xankəndidə mənzillə təminat;

    Akademik inkişaf imkanları;

    Ekoloji təmiz və yaşıl şəhər.

 

Qeyd 1: Müraciət məktubunun mövzu hissəsində “Proqram rəhbəri vakansiyası” ifadəsinin qeyd edilməsi vacibdir.

 

Qeyd 2: Yalnız seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

 

Elektron poçt ünvanı: [email protected]

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.