TƏBİB provizor və əczaçı vəzifəsi üzrə vakant yerlər elan edir.
İş yeri:
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan müəssisələr
Əməkhaqqı:
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
• Ali və ya orta ixtisas əczaçılıq təhsili
• Qüvvədə olan sertifikasiya şəhadətnaməsi
Tələb olunan sənədlər:
• Şəxsiyyəti təsdiq edən sənədin surəti;
• Əsas (baza ali) tibb təhsili haqqında sənədin surəti (diplom), xaricdə təhsil almış namizədlərin ali tibbi təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);
• Xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamənin surəti (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
• Sertifikasiya şəhadətnaməsinin surəti (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azadolma halları istisna olmaqla)
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (BBSM – provizor və ya əczaçı) qeyd olunmalıdır;
• CV-lər 06.10.2025-ci il tarixinə qədər göndərilməlidir.
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.
Diqqət: IT təhlükəsizliyi səbəbilə *yandex.ru, *mail.ru, *list.ru, *inbox.ru, *bk.ru, *yahoo.com. domenlərindən e-məktub qəbul edilmədiyini nəzərə alaraq, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.