Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyində olan tibb müəssisələrində Mühafizəçi vəzifəsi üzrə vakant yerlər elan edir.

 

İş yeri: 

Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri (Yasamal, Nəsimi, Suraxanı, Qaradağ rayonları üzrə)

 Əmək haqqı:

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.

 

 Tələb olunan bilik, təcrübə və bacarıqlar:

·     Müvafiq sahə üzrə minimum 1 il təcrübə

·     Xoş rəftar və ünsiyyət bacarığı

·     Mühafizə qaydalarını bilməli

 

Tələb olunan sənədlər:

·     Şəxsiyyəti təsdiq edən sənədin surəti;

·     CV.

 

 İşin təsviri:

·     Təlimata əsasən tapşırılan obyektin müəyyən olunmuş vaxt çərçivəsində mühafizəsinin həyata keçirilməsi;

·     Əraziyə və obyektə daxil olan nəqliyyat vasitələrinin və vətəndaşların giriş-çıxışına nəzarət edilməsi;

·     Ətraf ərazilərin qorunmasının həyata keçirilməsi;

·     İntizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi.

 

 Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

·     CV [email protected] ünvanına göndərilməlidir;

·     Mövzu sətrində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (BBSM – Mühafizəçi) qeyd olunmalıdır;

·     CV-lər 27.06.2025-ci il tarixinə qədər göndərilməlidir.

 Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.