Təchizat üzrə kiçik mütəxəssis / mütəxəssis vakansiyası
ÜMUMİ VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
• Sifarişlərə əsasən təchizatçılardan təhvil alınan malların Daxili anbara yönləndirilməsi;
• Struktur rəhbəri tərəfindən daxil olan satınalma tələblərinin qəbul edilməsi və ilkin yoxlanılması;
• Təsdiq edilmiş satınalma proseduruna uyğun olaraq bazar araşdırmasının aparılması;
• Təchizatçılardan kommersiya təkliflərinin toplanması və müqayisəli təhlilinin hazırlanması;
• Alternativ təchizatçı bazasının formalaşdırılması və yenilənməsi;
• Təchizatçılarla ilkin danışıqların aparılması;
• Müqavilə layihələrinin hazırlanması və aidiyyəti strukturlarla razılaşdırılması;
• Sifarişlərin mövcud ERP sistemi üzərindən rəsmiləşdirilməsi;
• Çatdırılma prosesinə nəzarət və gecikmələrin operativ həlli;
• Qəbul-təhvil sənədlərinin yoxlanılması və maliyyə sənədlərinin düzgünlüyünün təmin edilməsi;
• Satınalma prosesləri üzrə hesabatların hazırlanması.
NAMİZƏDƏ QARŞI TƏLƏBLƏR:
• Ali təhsil;
• IT və Marketinq yönümlü sifarişlərin təminində minimum 1 ilədək iş təcrübəsi;
• Dil bilikləri: Mükəmməl səviyydə Azərbaycan dili, rus dili biliyi üstünlükdür;
• Komputer bilikləri: MS Office, Outlook, 1C proqramlarını mükəmməl bilməli
PEŞƏKARLIQ BACARIQLARI:
• Dəqiq və diqqətli,
• Ciddi və məsuliyyətli,
• Təhlil qabiliyyəti,
• Problem həll etmə bacarığı,
• Verilən tapşırıqları zamanında təhvil vermə,
• Öyrənmək, öyrətmək bacarıqları olmalıdır.
Son tarix: 24 Mart, 2026
Qeyd edilən tələblərə uyğun namizədlər karyera portalımıza keçid edərək və ya CV formalarını "Təchizat üzrə kiçik mütəxəssis / mütəxəssis" başlığı ilə [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.