VAKANSİYA: Təchizat üzrə mütəxəssis

Azertexnolayn MMC (Polad Boru Zavodu)

  Sumqayıt Sənaye Parkı

 

 Vəzifə öhdəlikləri:

- Daxil olan sifarişlərin qəbulu, təhlili, təsdiqlənməsi və icrasının təmin edilməsi;

- Təchizatçılarla mütəmadi əlaqə saxlanılması və şərtlərin razılaşdırılması;

- Bazar araşdırmasının aparılması və qiymət müqayisələrinin hazırlanması;

- Təchizat və satınalma ilə bağlı müqavilə şərtlərinin müəyyən edilməsi, - hazırlanması və icrasına nəzarət;

- Malların vaxtında çatdırılmasına, təhvil alınmasına və sənədlər əsasında qəbuluna nəzarət;

- Dövlət satınalmaları haqqında qanunvericiləyə əsasən satınalma proseslərinin icrası;

- Sənədləşmə və təchizat proseslərinin düzgün və vaxtında aparılması.

 

 Namizədə tələblər:

- Ali təhsil (iqtisadiyyat və ya uyğun sahə üzrə);

- Təchizat və satınalma sahəsində 1–3 il iş təcrübəsi;

- Kompüter bilikləri: MS Office, Logo proqramı;

- Dil bilikləri: İngilis, rus və türk dilləri;

- Dövlət satınalmaları üzrə biliklər;

- Analitik düşünmə və operativ qərarvermə bacarığı;

- Komanda ilə işləmək bacarığı;

- Satıcılarla effektiv ünsiyyət və qiymət danışıqları aparmaq bacarığı.

 

İş barədə məlumat:

- İş qrafiki: 5 günlük iş həftəsi

- İş saatları: 09:00 – 18:00

- Servis xidməti

- Nahar təminatı

- Korporativ mobil nömrə

 

 Tələblərə uyğun olan namizədlərdən CV-lərini mövzu hissəsində “Təchizat üzrə mütəxəssis” qeyd etməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.