Təhsil Tələbə Krediti Fondu və Sosial Xidmətlər Agentliyi təhsil tələbə kreditindən yararlanan tələbələr üçün "Təcrübə Proqramı – 2026" elan edir.

 

Təsvir:

Proqram tələbələrin əldə etdikləri nəzəri bilikləri praktiki fəaliyyətlə tamamlamasına, peşəkar və sosial bacarıqlarının inkişaf etdirilməsinə, real iş mühiti ilə tanış olmasına və gələcək karyeralarına hazırlıq səviyyəsinin artırılmasına dəstək olmaqdır. 

Proqram çərçivəsində tələbələrin ünsiyyət, komanda ilə işləmə, problem həll etmə, sənədlərlə işləmə, məlumatların toplanması və təhlili, vətəndaşlarla düzgün kommunikasiya kimi peşəkar bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulur.

 

Proqram 3 ay davam edərək tələbələrin dərs qrafikinə uyğunlaşdırılacaqdır.

Tələblər:

 3-cü və 4-cü kurs bakalavr, 1-ci və 2-ci kurs magistr tələbəsi olmaq;

 ÜOMG-si 70 və daha yüksək olmaq;

 "Psixologiya", "Sosial iş", "Loqopediya" və "Təhsildə sosial-psixoloji xidmət" ixtisaslarında təhsil alan və təhsil tələbə kreditindən yararlanan tələbələr.

Müraciət üçün son tarix: 25.08.2026

Müraciət:

Qeydiyyat linki: LİNK

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.