Təcrübə Proqramı – Hüquq Sahəsində İnkişaf Etmək İstəyənlər üçün

 

 Şirkət: EGA 

Hüquq sahəsində təcrübə qazanmaq və peşəkar karyeranıza güclü başlanğıc etmək istəyirsiniz?

O zaman Təcrübə Proqramına qoşulun və real iş mühitində praktiki biliklərinizi inkişaf etdirin.

 Proqram çərçivəsində siz:

 Hüquqi sənədlərin hazırlanması və işlənməsi ilə tanış olacaqsınız;

 Korporativ hüquqi tapşırıqların yerinə yetirilməsində iştirak edəcəksiniz;

 Hüquqi rəylərin hazırlanmasında biliklərinizi tətbiq edəcəksiniz;

 Məktub, sorğu, ərizə və şikayətlərin cavablandırılması prosesində iştirak edəcəksiniz;

 İclas protokollarının hazırlanması üzrə praktiki təcrübə qazanacaqsınız.

 Kimlər müraciət edə bilər?

 Hüquq üzrə magistratura tələbələri və ya yeni məzunlar;

 MS Office proqramlarında işləmək bacarığı olan namizədlər;

 Güclü ünsiyyət bacarıqlarına və komanda ilə işləmək vərdişinə malik şəxslər;

 Rus və ingilis dillərini bilən namizədlərə üstünlük veriləcək.

 Proqramın detalları

İş qrafiki: 5 günlük

İş yeri: Zərifə Əliyeva 55

 Əlavə üstünlük

Təcrübə proqramını uğurla başa vuran namizədlər şirkətimizdə işlə təmin olunmaq imkanı əldə edəcəklər.

 Müraciət qaydası

CV-nizi "Hüquq təcrübəçi" başlığı ilə [email protected] ünvanına göndərin.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.