Araz Supermarketlər Şəbəkəsi " Təcrübəçi - HCM/SAP " vakansiyası üzrə işə qəbul elan edir!
Ümumi məlumat
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “ Təcrübəçi - HCM/SAP ” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Öhdəliklər
SAP ERP modul(lar)ında gündəlik əməliyyat proseslərinin izlənməsi və dəstəklənməsi;
İstifadəçilərin müraciətlərinin (incident və service request) qəbulu və ilkin həlli;
Sistemdə baş verən xətaların diaqnostikası və eskalasiya olunması;
SAP funksional modulları üzrə testlərin aparılmasına dəstək vermək;
Proseslərin sənədləşdirilməsi və istifadəçi təlim materiallarının hazırlanmasına kömək etmək;
Tələblər
Ali təhsil - İqtisadiyyat, informasiya texnologiyaları və ya mühəndislik ;
ERP sistemləri və ya biznes prosesləri haqqında baza bilikləri (SAP bilikləri üstünlükdür);
MS Excel və digər ofis proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;
Azərbaycan və İngilis dillərində yaxşı ünsiyyət bacarığı (rus dili üstünlükdür);
Komandada işləmə və öyrənməyə həvəsli olmaq, analitik düşünmə qabiliyyəti və detallara diqqətlilik;
SQL və ya hər hansı proqramlaşdırma dili üzrə başlanğıc biliklər;
SAP modul(lar)ı üzrə təcrübə üstünlükdür;