Tamstore MMC “Təcrübəçi hüquqşünas” vakansiyası elan edir:
Əsas vəzifə öhdəlikləri:
• Sənədlərin (ərizə, məktub, sorğu, əmr, protokol və s.) ilkin tərtibatını və rəsmiləşdirməsini həyata keçirilməsinə kömək göstərmək;
• Məhkəmə, icra və digər inzibati orqanlara iddiaların və müraciətlərin hazırlanması, yazışmaların aparılmasında iştirak etmək;
• Müəssisənin fəaliyyətilə bağlı, icarə, alqı-satqı və digər müqavilələrin hazırlanmasıda iştirak etmək.
Tələblər:
• Hüquqşünaslıq ixtisası üzrə təhsil alan və ya məzun olmuş namizədlər;
• Məsuliyyətlilik;
• Operativlik və detallara diqqətlilik;
• Microsoft Office proqramlarında işləmək bacarığı.
İş şərtlərimiz:
• İş qrafiki: Tam iş günü (5 gün);
• İş saatları: 09:00-18:00;
• İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Təcrübəçi hüquqşünas” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.


