Təcrübəçi-Qrafik Dizayner axtarışındayıq!

Karyeranıza bizimlə başlamaq, real layihələrdə iştirak edərək təcrübə qazanmaq və ideyalarınızı reallaşdırmaq istəyirsinizsə, komandamıza qoşulmağa dəvət edirik.

 

İşin detalları:

Format: Tamamilə remote (evdən iş)

Müddət: 3 ay

İş qrafiki: Həftənin 5 günü (istisna hallarda şənbə və bazar günləri). 

Saat 10:00–18:00 aralığında onlayn və aktiv olmaq mütləqdir.

 

Namizədə olan tələblərimiz:

Çeviklik və Məsuliyyət-Tapşırıqlara zamanında (iş saatları daxilində) reaksiya vermək və deadline-lara ciddi riayət etmək ("axşam baxaram" yanaşması işləmə prinsipimizə uyğun deyil).

Yaradıcılıq və Təşəbbüskarlıq-Hər zaman detallı brief olmaya bilər. Məsələn, "Qrafik Dizayn təliminə qeydiyyat başlayır" kimi qısa bir məlumatdan kreativ ideyalar, təşəbbüskar yanaşma və dizaynlar ərsəyə gətirə bilməlisiniz.

 

Məşğulluq:

Tələbə olmamaq (Tələbə olduğunuz təqdirdə yalnız 1-ci növbə / səhər oxumağınız şərtdir).

 

Müraciət qaydası: 

Əgər yuxarıdakı tələblər sizin iş prinsiplərinizə uyğunluq təşkil edirsə, [email protected] mail adresinə "Qrafik Dizayn- Təcrübə" başlığı altında CV-nizi, behance hesabınızı, portfolionuzu(pdf halında *varsa əgər), sosyal medya hesabınızı(*işlərinizi paylaşdığınız, *varsa əgər) göndərməyiniz kifayətdir. 

 

Seçilmiş namizədlərlə daha sonra intervyu üçün əlaqə saxlayacağıq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.