Sığorta brokeri şirkətinin Təcrübəçi Sığorta Brokeri vəzifəsinə namizədə olan tələblər:
Vəzifə: Təcrübəçi Sığorta Brokeri
Şəhər: Bakı
Yaş: 18 - 25 yaş
Cins: xanım/bəy
Vəzifə öhdəlikləri barədə məlumat:
• Sığorta sahəsini dərindən öyrənmək;
• Sığorta Brokerləri komandasına köməklik etmək;
• Sığorta sənədlərinin hesabatını aparmaq;
• Yeni biznes sorğuları, eləcə də yenilənmələrlə məşqul olmaq;
• Sığorta müqavilələrinin hazırlanmasında iştirak etmək;
• Şöbələr arasında əlaqələr yaratmaq;
• Sığorta sənədlərini bazaya daxil etmək;
• Direktorun xidməti tapşırıqlarını və göstərişlərini yerinə yetirmək.
İş şərtləri:
• İş qrafiki: həftədə 5 gün, gündə 8 saat (saat 09:00 –dan saat 18:00-dək);
• İş yeri: Bakı şəh., Nəsimi rayonu, Winter Park Plaza;
• Əmək haqqı: razılaşma yolu ilə.
Namizədə tələblər:
• Ali təhsil; (mühəndis təhsili olarsa üstünlükdür)
• MS Office proqramlarından istifadə bacarığı;
• Ünsiyyət, işgüzarlıq, əməkdaşlıq və təşkilatçılıq qabiliyyəti;
• Analitik düşüncə;
• Azərbaycan dilini mükəmməl bilmək, ingilis dilini yaxşı bilmək, rus dilini bilmək üstünlükdür.
Maraqlanan namizədlərdən şəkilli CV-lərini [email protected] ünvanına göndərmələri xahiş olunur.