Tədbirlərin təşkili üzrə menecer vakansiyası
AZCON Holding tədbirlərin təşkili üzrə menecer vəzifəsinə vakansiya elan edir.
Vəzifə funksiyaları:
AZCON-un illik tədbirlər planı və büdcəsinin hazırlanması;
Biznes tələblərinə, hədəf auditoriyaya və məqsədlərə uyğun olaraq tədbirin əvvəldən sona qədər layihənin planlaşdırılması və idarə olunması;
Tədbirlərin təşkili üzrə müvafiq daxili proses və sənədlərin hazırlanması və yenilənməsinin təmin edilməsi;
Tədbirlərə aid müxtəlif xidmətlər üzrə təchizatçılar barədə təkliflərin verilməsi, onların seçimində iştirak edərək fəaliyyətinin qiymətləndirilməsi;
Bütün logistika hazırlıqlarının (tədbirin gündəliyi, iştirakçı siyahısı, məkan seçimi, nəqliyyat, məkan quruluşu, keyterinq, foto-video çəkiliş, texniki avadanlığın təminatı, yekun büdcə və digər məsələlər) həyata keçirilməsi;
Tədbir zamanı bilavasitə məkanda koordinasiya və nəzarətin həyata keçirilməsi, tədbir üzrə bütün proseslərə nəzarət edilməsi, təchizatçıların koordinasiya edilməsi və SƏTƏM tələblərinə uyğunluğunun təmin edilməsi;
Tədbir üçün nəzərdə tutulmuş müxtəlif materialların (nəşrlər, hədiyyələr, brendvollar, videoçarxlar) dizaynının və istehsalının əlaqələndirilməsi;
Tədbirdən sonra qiymətləndirmənin aparılması, alınmış rəy və təkliflər, öyrənilmiş dərslər əsasında lazımi təkmilləşdirmələr barədə təkliflərin verilməsi;
AZCON Holding və şirkətlərinin müvafiq departamentləri ilə koordinasiya işlərinin həyata keçirilməsi;
Xətti rəhbərin tapşırdığı digər vəzifələrin yerinə yetirilməsi.
Əsas tələblər:
Ali təhsil (ictimaiyyətlə əlaqələr, turizm/hotelçilik və qonaqlama, marketinq və təchizat sahələrində üstünlükdür);
Tədbirlərin təşkili, protokol, inzibati və ofis menecmenti sahələrində ən azı 5 il iş təcrübəsi;
Azərbaycan dili (ana dili), ingilis dili (yüksək səviyyədə), rus dili (arzuolunan);
Yüksək səviyyədə ünsiyyət, analitik düşüncə və təqdimat bacarığı.
Müraciət et
Bizimlə əlaqə:
Yuxarıda göstərilən tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi [email protected] ünvanına mövzu hissəsində “Tədbirlərin təşkili üzrə menecer” yazmaqla da göndərə bilərsiniz. Uyğun namizədlərlə əlaqə saxlanılacaq.