Tədris şöbəsinin meneceri vakansiyası

 

Tam məşğulluq

 

İş məlumatı

 

Tələb olunan Bacarıqlar

- Tədris, təhsil idarəçiliyi və ya inzibati sahədə minimum 1 il iş təcrübəsi;

- MS Office proqramlarında (Word, Excel) sərbəst işləmək bacarığı;

- Kompüter və ofis avadanlıqları ilə işləmək bacarığı;

- Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilmək;

- Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;

- Məsuliyyətlilik, operativlik və komanda ilə işləmək bacarığı;

- Korporativ etika və peşəkar davranış qaydalarına riayət etmək.

 

Məsuliyyətlər

- Akademiyada tədris prosesinin planlaşdırılması, təşkili və koordinasiyası;

- Dərs cədvəllərinin hazırlanması və mütəmadi yenilənməsi;

- Tədris prosesinin keyfiyyətinə nəzarət və təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;

- Tələbə və müəllimlərin müraciətlərinin operativ şəkildə cavablandırılması və həlli;

- Tədris göstəriciləri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;

- Tədris sənədlərinin və məlumat bazalarının düzgün idarə olunmasının təmin edilməsi.

 

 Biz təklif edirik

 

İş şəraiti:

- 5 günlük iş həftəsi;

- Növbəli iş qrafiki: 09:00–17:00 və ya 13:00–21:00;

- Rahat və müasir iş mühiti;

- Dəstəkçi və əməkdaşlığa açıq komanda.

Müraciət et

 

 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.